Dinamonun kapitanı: Qəbələyə hörmət etsək də, onları keçəcəyik
Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycanın "Qəbələ" klubu ilə qarşılaşacaq Tiflis "Dinamo"sunun (Gürcüstan) kapitanı Nika Çanturiyanın azerisport.az saytına müsahibəsi
- "Qəbələ" ilə qarşıdakı oyunlardan nə gözləyirsiniz?
- Fikrimcə, çətin oyun olacaq. Əlbəttə, "Dinamo" çox güclü komandadır. Heyətində gənc və perspektivli futbolçular var. Çox yaxşı baş məşqçimiz var. Ona böyük hörmətimiz var. Qarşıdakı oyunlara ciddi hazırlaşırıq.
- "Qəbələ" dişinizə görə rəqibdir?
- Bəli. "Qəbələ"yə hörmətlə yanaşırıq. Rəqib komandanın oyununu yaxşı analiz etməyimiz lazımdır. Fikrimcə, bu komandanı mübarizədən kənarlaşdıra biləcəyik.
- Siz zədəli olduğunuza görə oynaya bilməyəcəksiniz. Yəqin ki, kapitanın yoxluğu komanda yoldaşlarınıza təsirsiz ötüşməyəcək...
- Bəli, zədəliyəm. Bu, çox pisdir. Mən həm "Qəbələ" ilə, həm də digər oyunlarda komandamıza kömək etməyi çox istərdim. Amma təəssüf ki, alınmır. Sadəcə, ümid edirəm ki, tezliklə sıraya dönəcəyəm.
- "Qəbələ" barədə nələri bilirsiniz?
- Müəyyən məlumatlarım var. Amma elə də çox deyil.
- Aleksey Qayı tanıyırsınız?
- Bəli. Səhv etmirəmsə, o, əvvəllər "Şaxtyor"da oynayıb.
- İndi o, "Qəbələ"də oynayır. Onunla yanaşı komandada xeyli təcrübəli futbolçu var...
- Nə olsun? Bizdə də Aleksandr İaşvili var (gülür).