Flavinyo final matçında iştirak edə bilməyəcək
30 may 2015 14:30
"Neftçi"nin futbolçusu Flavinyo zədə səbəbindən Azərbaycan Kubokunun final oyununda iştirak edə bilməyəcək. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə "Xəzər Lənkəran" klubu ilə keçirilmiş matçda zədələnmiş futbolçu müalicəsini vətənində davam etdirəcək.
Bu gün Braziliyaya yola düşəcək Flavinyo, "Neftçi"nin Avstriya təlim-məşq toplanışında komandanın düşərgəsinə qoşulacaq.