Erik Bikvalfi: Azərbaycanda ancaq yüksək məbləğə oynayaram
30 may 2015 12:30
Ukraynanın "Volın" klubunun yarımmüdafiəçisi Erik Bikvalfi bəyan edib ki, Azərbaycan klublarından hansındasa oynamaq istəsə, ancaq yüksək məbləğə gələ bilər. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Avropadan təkliflər var. Yaxşı komandalardır, yaxşı pul təklif edirlər. Baxaq, görək necə olacaq. Amma menecerimə demişəm ki, Qazaxıstan, Azərbaycan və Ərəb Əmirliklərində ancaq böyük məbləğə oynayaram. Əks halda bu, mənə maraqlı olmaz. Ən azı ona görə ki, yığma komandada oynamaqdan məhrum olacağam".