Balayevin yeni baş məşqçisi olacaq
30 may 2015 12:00
Almaniyanın "Ayntraxt" klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, Frankfurt klubunun çalışdırıcısı Tomas Şaaf mövsüm bitən kimi postundan getməyə qərar verib.
Onun klubla 2018-ci ilədək müqaviləsi olsa da, qalmaq istəməyib. Qeyd edək ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevi də "Ayntraxt"a məhz bu baş məşqçi dəvət etmişdi. Yeni gələcək baş məşqçinin kimliyi və onun azərbaycanlı qolkiperə qarşı hansı münasibətdə olacağı maraqla gözlənilir.
Qeyd edək ki, Balayevin növbəti mövsümdən komandanın əsas qapıçısı Kevin Trappla rəqabət aparması proqnozlaşdırılır.