Qurban Qurbanov: Aqolli, Muarem və Corcun taleyinə final matçından sonra aydınlıq gələcək
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın bu yay üçün transfer planlarından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Artıq bir neçə yeni futbolçu ilə müqavilə imzalamışıq. Onların hamısı yerli futbolçulardır. Hələ ki, yenilər arasında legioner yoxdur. Hazırda namizədlərə baxırıq, amma bu gün üçün heç bir seçim etməmişik. Hər şeyə kubokun final oyunundan sonra aydınlıq gələcək. Müqaviləsinin müddəti başa çatmaqda olan Ansi Aqolli, Muarem Muarem və Leroy Corca gəlincə, onların da aqibətinə kubok oyunundan sonra aydınlıq gətiriləcək. Finaldan sonra 3-4 gün Bakıda qalacağam ki, həm onlarla yeni müqavilə məsələsini həll edim, həm də yeni transferləri".
Qurbanov UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin püşkatmasına da toxunub: "Biz hansı klubun düşəcəyini yox, öz oyunumuzu düşünməliyik. Rəqibi bizə püşkatma gətirəcək".