Qurban Qurbanov: Neftçi ilə oyuna görə narahatam
30 may 2015 00:05
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun finalında "Neftçi"yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, mövsümün ən çətin oyunu olacaq. Son dövrlər "Neftçi"dəki problemlərdən çox danışılır. Amma aydın məsələdir ki, bu klub da finala çox ciddi hazırlaşır. Ona görə də biz diqqətli olmalıyıq. Unutmaq lazım deyil ki, "Neftçi" kubok komandasıdrı. Ona görə də "Neftçi" ilə oyun sarıdan bir qədər narahatam. Bu görüşə çox ciddi hazırlaşmalıyıq ki, qələbə qazanaq".