İnterə qızıl medallar təqdim olundu
29 may 2015 20:15
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2014/2015 mövsümünü qalib yekunlaşdıran “İnter” qızıl medallarına qovuşub. Azerisport.az xəbər verir ki, bu gün “İnter Arena”da təşkil olunan mərasimdə medalları Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov təqdim edib.