Yuri Syomin: Neftçidən mənə təklif gəlməyib
29 may 2015 20:00
Rusiyalı mütəxəssis Yuri Syomin bu yay "Neftçi"nin sükanı arxasına keçəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan klublarından hələ heç biri mənə işləmək təklifi etməyib. Mövsümün sonunadək "Mordoviya"ya məxsusam. Gələcək iş yerim haqda yalnız dəvət alacağım halda danışmaq olar. Mən istənilən təklif barədə düşünə bilərəm. Bir halda ki, o təklif rəsmi olsun".