Milevski Qəbələ və Neftçidə oynamaq üçün nə qədər istəyir?
29 may 2015 16:45
Xorvatiyanın "Hayduk" klubunun ukraynalı hücumçusu Artyom Milevski Azərbaycanın "Qəbələ" və "Neftçi" komandalarında oynamağın əleyhinə deyil. Azerisport.az xəbər verir ki, o, ilinə 350 min dollar istəyir.
Qeyd edək ki, Milevski "Qəbələ"yə keçməyə daha çox ümidlidir. Çünki bu komandanı onun həmyerlisi Roman Qriqorçuk çalışdırır.