Ağabala Ramazanov üzr istədi
29 may 2015 16:30
"Xəzər Lənkəran"ın hücumçusu Ağabala Ramazanov saytımıza verdiyi müsahibədə səsləndirdiyi ittihamlara görə üzr istəyib. Azerispot.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəhbərlik və bütün Lənkəran camaatı qarşısında üzr istəmək istərdim. Mən çox əsəbi idim, ona görə elə açıqlamalar vermişdim. Ümid edirəm ki, məni anlayışla qəbul edəcəklər".