İnterin futbolçuları Ukrayna və Polşa ilə oyunlara dəvət olundular
29 may 2015 15:15
Gürcüstan yığmasının Ukrayna ilə yoxlama, Polşa ilə AÇ-2016-nın seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, heyətə dəvət alanlar arasında Bakı "İnter"inin də oyunçuları var.
Bunlar Aleksandr Amisulaşvili, Laşa Salukvadze və Baçana Sxadadzedir.
Qeyd edək ki, gürcülərin Ukrayna ilə görüşü iyunun 9-da, Polşa ilə görüş isə ayın 13-də baş tutacaq.