Qay və Bezotosnı Qəbələdə qaldı, Sivakovla Fomin getdi
29 may 2015 14:45
"Qəbələ" iki legioner futbolçusu ilə yeni müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, bunlar qapıçı Dmitri Bezotosnı ilə yarımmüdafiəçi Aleksey Qaydır.
Hər iki futbolçu ilə 1 illik müqavilə bağlanılıb.
Bölgə klubu eyni zamanda iki legioneri ilə də yollarını ayırıb. Bunlar müqaviləsinin müddəti başa çatan Mixail Sivakovla Ruslan Fomindir.
Xatırladaq ki, "Qəbələ" Viktor Mendi ilə də vidalaşıb.