Vəli Qasımov: Almaniyaya Dmitri Nazarova görə yox, digər oyunçular üçün getmişdim
29 may 2015 14:15
"Neftçi"nin idman direktoru Vəli Qasımov Almaniyaya səfərindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bir neçə gün Almaniyada oldum. "Karlsrue"nin yarımmüdafiəçisi Dmitri Nazarovla danışıq apardığımız barədə informasiya düzgün deyil. Mən onunla görüşməmişm və o, hazırda bizim planlarımızda yoxdur. Hazırda baxdığımız iki variant var. Hələ həmin oyunçuların adını açıqlaya bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, biri əcnəbi, digəri isə Azərbaycan əsilli futbolçudur. Hər şey hələlik, danışıqlar səviyyəsindədir. Biz onların komandamıza uyğun olduğuna tam əmin olmalıyıq".