Elbrus Məmmədov: Vəzifənin öhdəsindən gəldik
28 may 2015 23:50
"Xəzər Lənkəran"ın məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Cari mövsümdə sonuncu oyunumuzu keçirdik. “Xəzər Lənkəran” olaraq gəncləşdirmə siyasətinə əl atanda çoxu bizi qınadı. Amma biz növbəti mövsümləri nəzərə alaraq baza hazırlamağa çalışdıq. Düşünürəm ki, vəzifənin öhdəsindən gəldik. Bundan əlavə Elnur Cəfərovun 18 yaşında milli komandaya dəvət alması bizi sevindirdi. Ümidvaram ki, uğurlarımız daha da çoxalacaq".