"Ümidvaram ki, Zaqatalada futbol həmişə olacaq"
28 may 2015 23:40
"Simurq"un məşqçisi Rövşən Babayev Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Əvəzedici heyətin futbolçuları meydançaya çıxmışdı. Çalışdıq ki, normal futbol sərgiləyək. Ümidvaram ki, Zaqatalada futbol həmişə olacaq”.