Arif Əsədov: Yaxşı nəticə qazana bilmirik ki, bunun da səbəbləri var
28 may 2015 22:40
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Son vaxtlar yaxşı nəticə qazana bilmirik ki, bunun da səbəbləri var. Biz “Neftçi” ailəsi olaraq, çətinlikləri arxada qoymağa çalışacağıq. Problemlərə baxmayaraq, futbolçular yaxşı təsir bağışladılar. AZAL ilə matç cari çempionatdakı sonuncu görüşümüz idi. Hazırda bütün diqqətimizi ölkə kubokunun finalına yönəltməliyik”.