Neftçi - AZAL matçından sonra qalmaqal
28 may 2015 22:30
Topaz Premyer Liqasının 36-cı turunun "Neftçi" - AZAL matçından sonra iki komandanın futbolçuları arasında qalmaqal yaşanıb. Azerisport.az xəbər verir ki, hakimin final fitindən sonra meydan sahiblərinin müdafiəçisi Karlos Kardoso qonaqların qapıçısı Kamal Bayramovla nəyisə aydınlaşdırmağa başlayıb.
Lakin onların arasındakı münaqişənin daha da böyüməsinə komanda yoldaşları imkan verməyiblər.