Roman Cəfərov: Hesab oyuna görə oldu
28 may 2015 21:30
"İnter"in məşqçisi Roman Cəfərov Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in çalışdırıcısı 1:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Əvəzedici heyətlərin çempionatında qızıl medal qazanan futbolçulara şans vermişdik. Məqsədimiz odur ki, gənc futbolçular heyətdə möhkəmlənsinlər. Bu gün hesabı biz açsaq da, qələbə üçün təcrübəmiz çatmadı. Hesab oyuna görə oldu”.