Əhməd Ələsgərovun anım tədbiri keçiriləcək
28 may 2015 16:30
Mayın 29-da AFFA-nın inzibati binasında əməkdar məçqçi Əhməd Ələsgərovun anım tədbiri keçiriləcək. Azerisport.az xəbər verir ki, saat 15:00-da başlayacaq tədbirdə ölkə futbol ictimaiyyətinin nümayəndələri, futbol veteranları və mətbuat təmsilçiləri iştirak edəcək.
Xatırladaq ki, Əhməd Ələsgərov bu il mayın 19-da Ukraynanın Odessa şəhərində dünyasını dəyişib.