Namiq Yusifov: Bu sözlər bizim mentalitetimizdə qəbulolunmazdır
28 may 2015 15:30
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifov "Neftçi" rəsmisinin məlum qalmaqallı açıqlamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, təmiz təxribatdır. Ümid edirəm ki, "Neftçi" rəhbərliyi onu bu sözlərinə görə cəzalandıracaq. Əminəm ki, iyunun 3-də güclü olan qalib gələcək. Belə açıqlamalar iki komanda arasındakı münasibətlərə kölgə sala bilməz. Mən o insanı tanımıram. Amma bu hərəkətini qınayıram. Ola bilər ki, rusca bu söz yumşaq mənada qəbul oluna bilər. Bizim mentalitetdə isə bu sözlər qəbulolunmazdır".