Rasim Ramaldanov: Milliyə dəvət alacağımı düşünürdüm
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
- "Simurq"la oyundan nə gözləyirsiniz?
- Zaqatala klubuna qalib gəlməliyik.
- "Qarabağ"ın çempionluğu ədalətli idi?
- Bəli, onlar əsl çempiondurlar. Yaxşı və sabit oyun sərgiləyirlər. Onları çempionluq münasibəti ilə təbrik edirəm.
- Ağdamlıların heyətində oynamağı istəyərdiniz?
- Qismət. Əgər alınsa, oynayaram.
- "Xəzər Lənkəran"la yeni müqavilə imzalayacaqsınız?
- Müqaviləmin müddəti yayda başa çatacaq. Hələ heç nə bəlli deyil.
- Başqa təkliflər var?
- Bəli, həm Azərbaycandan, həm də Türkiyədən təkliflər var. Amma hələ heç kimlə razılığa gəlməmişəm.
- Serbiya və Norveçlə oyunlara dəvət almamağınız sizi təəccübləndirmədi?
- Düzünü deyim ki, yığmaya çağırılacağımı gözləyirdim. Özümü hazır hiss edirdim. Amma nə etmək olar? Baş məşqçinin qərarı belə oldu. Elnur Cəfərovun yığmaya dəvət almasına çox sevindim. O da bizim kiçik qardaşımızdır.
- Millimizin qarşıdakı oyunlarından nə gözləyirsiniz?
- Serblərlə, Norveçlə oyunlarımız çox çətin olacaq. Amma inanıram ki, komandamız yaxşı nəticələr qazana biləcək.