Məhəmməd Mirzəbəyov: İnteri Qəbələyə dəyişməyimə təəssüflənmirəm
28 may 2015 12:20
"İnter"in sabiq müdafiəçisi Məhəmməd Mirzəbəyov "Qəbələ"yə keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"yə keçdiyimə görə çox şadam. Onlara milli komandanın toplanışından sonra qoşulacağam. Heç nəyə görə təəssüflənmirəm. Yaxşı mütəxəssisin rəhbərliyi altında, yaxşı komandada oynayacağam. "Qəbələ" bu mövsüm öz gücünü göstərdi. Mən bu komandanın daha böyük uğurlar qazanmasına kömək etməyə çalışacağam. Əsas heyətə düşməyə gəlincə, bunu zaman göstərəcək".