Azərbaycan klubu Rusiya, Fransa və Rumıniya təmsilçilərinə qarşı
28 may 2015 11:20
İyunun 2-də İtaliyanın Kataniya şəhərində çimərlik futbolu üzrə EuroWinnersCup turnirinin qrup mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə "Amrahbank" təmsil edəcək.
Təmsilçimiz C qrupunda "Lokomotiv" (Rusiya), "Monpelye" (Fransa) və "Konstanta" (Rumıniya) ilə mübarizə aparacaq. "Amrahbank" ilk matçını iyunun2-də ruslara qarşı keçirəcək. Elşad Quliyevin komandası növbəti gün fransızlarla, ayın 4-də isə rumınlarla qarşılaşacaq.
Qeyd edək ki, bütövlükdə 28 klubun mübarizə apardığı turnirin qrup mərhələsindən sonra 16 ən yaxşı komanda pley-offa yüksələcək. Final görüşü iyunun 7-də baş tutacaq.