Norveçin Azərbaycanla oyun üçün heyəti sabah açıqlanacaq
27 may 2015 19:45
Norveç yığmasının İsveçə qarşı keçirəcəyi yoxlama görüşü, eləcə də AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla baş tutacaq oyun üçün heyətinin açıqlanacağı tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, norveçlilərin baş məşqçisi Per-Matias Heqmo bu oyunlar üçün heyəti sabah açıqlayacaq.
Qeyd edək ki, Norveç yığması iyunun 8-də İsveçlə qarşılaşacaq, iyunun 12-də isə Azərbaycan millisini qəbul edəcək.