Roman Qriqorçuk: Bakı ilə matç bizim üçün həlledicidir
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində qarşılaşacaqları "Bakı" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bakı" ilə matç həlledici olacaq. Bu üzdən də oyuna çox ciddi formada hazırlaşırıq. Rəqibimizin turnir cədvəlinin ən alt pilləsində qərarlaşmasına fikir vermirik. Bütün rəqiblərə eyni formada yanaşırıq. Sabahkı qarşılaşmanın statusunu nəzərə alsaq, bizim bu görüşə daha ciddi köklənməyimiz lazımdır. Mən bürünc medalların xəyalı ilə yaşamıram. Amma başa düşürəm ki, bizim üçün çox vacib hadisədir. Qışda belə bir uğura imza atmağın çox çətin olduğunu düşünürdük. İndi isə buna çox yaxınıq. Həmin dövrdən bəri çox böyük işlər görmüşük. İndi isə son addımı atmağımız qalıb".