Fotoreportaj|Video|На русском

Futbol

Bürünc üçün bir xal yetər

27 may 2015 18:15

Topaz Premyer Liqasının 2014/15 movsumunə mayın 28-də yekun vurulacaq. Azerisport.az xəbər verir ki, həmin gun Qəbələ şəhər stadionunda “Bakı”nı qəbul edəcək "Qəbələ" tarixində ikinci dəfə Azərbaycan cempionatının bürünc medallarını qazanmağa cox yaxındır. Bunun ucun “qırmızı-qaralar”a 1 xal da kifayətdir.

Ya qələbə, ya da “sülh”

Artıq Avropa Liqasına vəsiqəni təmin edən “Qəbələ” qışda liderlər qrupundan çox geridə qalırdı. Baş məşqçi postuna Roman Qriqorçukun təyin olunmasından sonra bu komanda inanılmazı gerçəkləşdirə bildi. Çempionatda ardıcıl 8 qələbə və 11 məğlubiyyətsiz oyun seriyası medallar uğrunda mübarizəyə yenidən qoşulmağa imkan yaratdı. Finişə doğru isə “Neftçi”ni 3-cü pillədən sıxışdırmaqla, bürünc medal şansı xeyli artdı. Son turda flaqmanın “Bakı” ilə oyunda xal itirməsi (0:0) bölgə klubunun işini bir qədər də asanlaşdırdı. İndi hər şey "Qəbələ"nin öz əlindədir. Mayın 28-də - Respublika günündə “qırmızı-qaralar” bayrama bayram qatmaq əzmindədirlər. Qələbə qazana bilməsələr belə, heç-heçə də bu komanda üçün qaneedici nəticə olacaq. Çünki "Qəbələ" ən yaxın izləyicisini, 4-cü pillənin sahibi “Neftçi”ni 3 xal qabaqlayır.

“Qəbələ”nin futbolçu və məşqçi heyəti son 3-4 ayda fantastik tempdə çalışır. Lakin nə mövsümün finişə çatması, nə də rəqibin autsayder olması arxayınlıq yaratmalıdır. Komandanın məşqçisi Sənan Qurbanov da belə düşünür: “Bakı” ilə oyuna planauyğun hazırlıq keçmişik. Futbolçularımız yaxşı formadadır. Baş məşqçimiz toplantılarda dəfələrlə bildirib ki, son oyunumuz həddən artıq vacibdir. Buna görə iş rejimimiz zəifləməyib, əksinə, güclənib”.

Təqvimə əsasən, 35-ci turda istirahət edən “Qəbələ” yaranmış fasilədən istifadə edərək I divizionun çempionu “Neftçala” ilə yoldaşlıq görüşündə üz-üzə gəlib. S.Qurbanovun sözlərinə görə, 4:0 hesabı ilə qalib gəldikləri həmin yoldaşlıq matçı faydalı olub: “Futbolçular bu matça da tam məsuliyyətlə yanaşdılar. Qarşıya belə vəzifə qoyulmuşdu ki, istədiyimiz oyunu və nəticəni alaq. Bu matçda əsas heyətlə yanaşı, bizə lazım olan futbolçuları da sınaqdan keçirdik. Roman Qriqorqçuk qətiyyətlə deyir ki, mənim komandamda arxayınlıq ola bilməz. Yalnız bir dəfə - “Xəzər Lənkəran”la səfər oyununda belə “boşalma” hiss eləmişdik və bu, hər yığıncaqda ciddi şəkildə qeyd edilirdi”.

"Qəbələ" “Bakı”ya 30 aydır uduzmur

İndiyə qədər “Qəbələ” və “Bakı” komandaları arasında Azərbaycan çempionatlarında 27 görüş keçirilib. Həmin oyunların 9-da qalib gələn "Qəbələ" 12 dəfə məğlubiyyətə üzülüb. Heç-heçə bitən oyunların sayı 6-ya bərabərdir. Eyni zamanda topların nisbətində cüzi fərq var - 27:29. Əlahəzrət statistika son zamanlar “Qəbələ”nin tərəfindədir. Bu komanda paytaxtın eyniadlı klubuna ilk “duel”lərdə daha çox məğlub olub. Ancaq zaman keçdikcə püxtələşən “qırmızı-qaralar” oyundan-oyuna balansı yaxşılaşdırır, fərqi aradan götürür. “Qəbələ” axırıncı dəfə “Bakı”ya, təxminən, 30 ay öncə uduzub (2 dekabr 2012-ci il, 0:2). O vaxtdan bəri baş tutan 9 qarşılaşmanın 6-da bölgə təmsilçisi rəqibinə məğlubiyyət acısı daddırıb.

Sonda daha bir məqama diqqət yetirək: Roman Qriqorçuk yeni vəzifəsində ilk qələbəsini məhz “Bakı” üzərində qazanıb. Söhbət bu il fevralın 1-də Premyer Liqanın XIX turunda paytaxtda əldə etdiyi 2:0 hesablı zəfərdən gedir. Tale elə gətirib ki, ukraynalı mütəxəssis Azərbaycandakı işinə “Bakı” ilə başladığı kimi, cari mövsümü də elə “Bakı” ilə bitirməli olur. Deməli, çempionatı major notda başa vurmaq üçün ələ yaxşı imkan düşüb. ("Qəbələ İK")

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah