Almaniya - Azərbaycan matçı yeni arenada baş tutacaq
27 may 2015 16:15
Gənclərdən ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsinin 7-ci qrupu çərçivəsində Almaniya və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun stadionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən komandalar noyabrın 13-də Regensburqdakı "Kontinental Arena"da üz-üzə gələcəklər.
Qeyd edək ki, bu arena hazırda təmirə bağlanıb və yenidənqurma işlərinin iyul ayında tamamlanması gözlənilir. 15 115 yerli arenaya hazırda yeni qazon sərilməkdədir.