Flavinyo AZAL-a qarşı oynamayacaq
27 may 2015 16:00
"Neftçi" Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində qarşılaşacağı AZAL-la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubunun heyətində derbi öncəsi bir neçə itki var.
Belə ki, sarı vərəqə limitini aşan Denis Silva, Kaue və Ernest Nfor mövsmün son matçında meydana çıxa bilməyəcək. Eyni zamanda zədəsini sağaltmayan Flavinyo da paytaxt derbisini buraxmalı olacaq. Amma onların "Qarabağ"a qarşı keçiriləcək kubokun final matçında sırada olması gözlənilir.
Əvəzində AZAL-la oyunda Nikolas Kanaleslə Karlos Kardosonun meydanda olacağı bildirilir.