Moskva Spartakının oyunçusu millimizdə çıxış edə bilər
27 may 2015 15:30
Rusiyanın U-19 yığmasının və Moskva "Spartak"ının yarımmüdafiəçisi Ayaz Quliyev karyerasını Azərbaycan millisində davam etdirə bilər. Azerisport.az xəbər verir ki, artıq AFFA rəsmiləri Ayaz Quliyevin valideynləri ilə görüş keçiriblər.
Lakin qarşı tərəfin bu təklifə cavabının necə olacağı hələ bilinmir.