Nurlan Novruzov danışıqlar üçün İsveçə gedir
27 may 2015 12:00
"Bakı"nın hücumçusu Nurlan Novruzov tezliklə İsveçin "Hammarbü" klubunda peyda ola bilər. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının ən yaxşı bombardiri son turun oyunundan sonra İsveçə yollanacaq.
Orada baxışdan keçəcək futbolçu, eyni zamanda klub rəhbərliyi ilə danışıqlar masasına əyləşəcək.