ADBTİA-nın komandası Təhsil kubokunun qalibi oldu
27 may 2015 11:00
Bayıl stadionunda AFFA və Təhsil Nazirliyinin ali təhsil müəssisələri arasında birgə təşkil etdiyi “Təhsil kuboku” turnirinin final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, turnirin son oyununda Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları qarşılaşıb. 4:1 hesabı ilə qələbə qazanan ADBTİA-nın komandası turnirin qalibi olub.
Oyundan sonra təşkil olunmuş mükafatlandırma mərasimində mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, təhsil nazirinin müavini, Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov təqdim edib.