Vüqar Mustafayev: İlk təklif Qarabağdan gəldi, mən də müsbət cavabladım
27 may 2015 00:00
Azərbaycan çempionu "Qarabağ" heyətini daha bir futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, Ağdam klubu "Simurq"da çıxış edən 21 yaşlı yarımmüdafiəçi Vüqar Mustafayevlə anlaşıb.
Bu saytımıza açıqlamasında gənc futbolçu özü də təsdiqləyib: "Klublar öz aralarından razılığa gəliblər. Ondan sonra mən 3 illik müqaviləyə imza atdım. Artıq baş məşqçi Qurban Qurbanov da məni təbrik edib. Əlbəttə, bu komandada əsas heyətə düşmək çox çətin olacaq. Amma mən özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. "Qarabağ"ı ona görə seçdim ki, ilk təklif məhz bu klubdan gəldi. Güclü komanda olduğuna görə müsbət cavab vermək qərarına gəldim. Başqa təkliflər də var idi, amma mən onlar haqda danışmaq istəmirəm".