Mladen Bartuloviç: Təklif gəlsə, Qarabağda oynamaq istəyərəm
Ukraynanın "Dnepr" klubunun yarımmüdafiəçisi Mladen Bartuloviç "Qarabağ"a keçəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"da oynamaq istəyirəmmi? Azərbaycanda güclü çempionatın olduğunu bilirəm. Bir neçə yaxşı komanda var. "Dnepr"in "Qarabağ"la oyunu zamanı Bakıda da olmuşam. Şəhər çox xoşuma gəlmişdi. Azərbaycan hazırda inkişaf edir. Bütün bunlardan xəbərdaram. Dostum Dmitri Nağıyev də Azərbaycanla bağlı mənə danışıb. Azərbaycan klublarından hansısa mənimlə maraqlansa, müsbət cavab verə bilərəm. Təbii ki, şərtlərdə razılığa gələ bilsək. Bu işlərlə menecerim məşğul olur. Onun hazırda hansı klublarla danışıqlar apardığını heç özüm də dəqiq bilmirəm".
Qeyd edək ki, Bartuloviçin "Dnepr"lə müqaviləsinin müddəti bu yay başa çatacaq.