Böyükağa Hacıyev Yuri Syominlə Hacı Hacıyevin Neftçini çalışdırmasına qarşı çıxdı
26 may 2015 17:45
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev rusiyalı mütəxəssislərin - Yuri Syominlə Hacı Hacıyevin paytaxt klubunun sükanı arxasına keçəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Siz mənə deyin, Syomin nə qədər pula gələcək Bakıya? Hər halda az pula gəlməz. Hacıyev 70 yaşındadır. Məşqçi gətirəndə o adamın Azərbaycan futbolunda işləməyi bacaracağına əmin olmaq lazımdır. Təcrübə aparmaq vaxtı deyil".