Azərbaycan Gürcüstana ilk oyunda uduzdu
26 may 2015 17:00
Bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda 21 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə Gürcüstan yığmasının xeyrinə başa çatıb.
Bu komandalar arasında növbəti oyun mayın 29-da, saat 11:00-da, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.