Viktor Mendi: Qəbələni tərk etməyə qərar verdim
26 may 2015 16:45
"Qəbələ"nin seneqallı hücumçusu Viktor Mendi bölgə klubunu tərk etmək qərarına gəlib. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü bəyan edib:
"Bəli, mövsümün sonunda "Qəbələ"ni tərk etməyə qərar verdim. Nə qədər üzücü olsa da, həyat belədir. Qəbələni heç vaxt unutmayacağam. Həyat yoldaşım və uşaqlarımla birgə olmağın zamanıdır. Hələ karyeramı harada davam etdirəcəyimi bilmirəm. Yeni dəvətlərə baxmalı olacağam".