Üçüncü Bundesliqada oynayan futbolçu millimizdə çıxış edə bilər
25 may 2015 18:15
Azərbaycanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Yaşar Vahabzadə bəyan edib ki, millimizə Türkiyə əsilli almaniyalı futbolçu cəlb oluna bilər. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizə bir neçə namizəd təklif olunub. Amma indi dəqiq nəsə demək çox çətindir. Düzdür, o, əsas heyətdə çıxış edirlər. Sadəcə, birini deyə bilərəm ki, üçüncü Bundesliqada oynayır. Ümid edirəm ki, komandamıza dəvət olunacaqlar".