Bayıl stadionunda yoldaşlıq oyunu
25 may 2015 16:45
Mayın 26-da, Bayıl stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşlarından ibarət komanda ilə Bakı-2015 Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarından təşkil olunmuş komanda arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşma saat 19:30-da başlayacaq.