Simurq Xəzər Lənkəranla səfər oyununa getməyəcək
25 may 2015 15:45
Mövsümün sonunda ciddi maliyyə problemləri ilə üzləşən "Simurq" böyük ehtimalla Topaz Premyer Liqasının son turu çərçivəsində qarşılaşacağı "Xəzər Lənkəran"la oyuna yollanmayacaq. Azerisport.az xəbər verir ki, mayın 28-də səfərdə baş tutacaq həmin oyuna getməyə komandanın maliyyə durumu imkan vermir.
Zaqatala klubu hətta əvəzedici komandasını da səfərə göndərməkdən imtina edib. "Simurq" rəhbərliyi bu komandalar üçün kreditə avrobus götürsə də, onlardan məhrum olub. Buna səbəb həmin avtobusların kredit borcunun ödənilməməsi göstərilir.