Göztəpə Qarabağın oyunçusunu istəyir
25 may 2015 14:00
"Qarabağ"ın yarımmüdafiəçisi Leroy Corc karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, hollandiyalı futbolçunu "Göztəpə" öz sıralarında görmək istəyir.
Qardaş ölkənin ikinci liqasında qalib olaraq, PTT 1-ci liqaya vəsiqə qazanan bu komandanın istəyinə nə dərəcədə nail olacağı yay transfer dövründə bilinəcək. (Sabah)