Neftçi mövsümü məğlubiyyətsiz və çempion kimi başa vurdu
24 may 2015 14:00
“Neftçi” PFK-nın U-9 komandası 10 yaşlı futbolçular arasında keçirilən “Sabahın ulduzları” turnirini gümüş medalla başa vurub. Azerisport.az xəbər verir ki, baş məşqçi Tural Kərimovun yetirmələri sonuncu turda “Vətən” klubuna 2:0 hesabı ilə qalib gəliblər.
Qollara Murad Məmmədov və Talha Şuşalı imza atıblar.
Qeyd edək ki, bu mövsüm 2 dəfə heç-heçə edən “Neftçi” digər oyunlarda qələbə qazanıb.