Fominlə Qay Qəbələ ilə yeni müqavilə imzalamağa yaxındır
24 may 2015 12:00
"Qəbələ"nin ukraynalı futbolçuları Ruslan Fomin və Aleksey Qay böyük ehtimalla bu komandada qalacaq. Azerisport.az xəbər verir ki, onların hər ikisinin klubla müqaviləsi bu yay başa çatır.
Lakin tərəflər arasındakı danışıqlar müsbət yekunlaşmaq üzrədir. Bunu futbolçuların meneceri Vadim Şabliy də Ukrayna mətbuatına açıqlamasında təsdiq edib:
"Hazırda müqavilənin müddətini daha bir mövsüm artırmaqla bağlı danışıqlarımızı davam etdiririk. Demək olar ki, razılığa gəlmişik".