Ufuk Budak 90 dəqiqə oynadı, komandası uduzdu
24 may 2015 00:40
Türkiyə PTT 1-ci liqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Albimo Alanyaspor"la qarşılaşıb. Görüş futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ufuk 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Qaziantep BB" mövsümü 41 xalla 13-cü pillədə başa vurub.