Kamran Ağayev ehtiyatda qaldı, Kayserispor qalib gəldi
24 may 2015 00:35
Türkiyə PTT 1-ci liqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Şanlıurfaspor"la qarşılaşıb. Görüş futbolçumuzun komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Kamran mövsümün son oyununu ehtiyat oyunçular skamyasından izləməli olub.
Qeyd edək ki, Ağayevin komandası mövsümü 72 xalla 1-ci pillədə başa vurub.