Məlikov baxdı, Dənizlispor məğlub oldu
24 may 2015 00:25
Türkiyə PTT 1-ci liqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası - "Dənizlispor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Samsunspor"la qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Rail mövsümün son oyununu ehtiyat oyunçular skamyasından izləməli olub.
Qeyd edək ki, Məlikovun komandası mövsümü 33 xalla 15-ci pillədə başa vurub.