İsrafilov Atletikoya qarşı oynamadı, komandası La Liqada qaldı
24 may 2015 00:20
İspaniya La Liqasında mövsümün sonuncu - 38-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Qranada" doğma meydanda "Bakı-2015" reklamı ilə çıxış edən "Atletiko"nu qəbul edib.
Qarşılaşmada hesab açılmayıb. Zədəli olan Eddinin adı isə görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Qranada" bu heç-heçə sayəsində 35 xalla La Liqadakı yerini qoruyub. "Atletiko" isə mövsümü 78 xal toplayaraq bürünc medallarla başa vurub.