Emil Balayev mövsümün son oyununda da iştirak edə bilmədi
24 may 2015 00:05
Almaniya Bundesliqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda "Bayer"lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Emil ənənəvi olaraq, bu görüşün də iştirakçısı olmayıb.
Qeyd edək ki, "Ayntraxt" mövsümü 43 xalla 9-cu pillədə başa vurub.