Cəmşid 90 dəqiqə oynadı, komandası uduzdu
24 may 2015 00:00
Türkiyə PTT 1-ci liqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası - "Adanaspor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Karşıyaka" ilə qarşılaşıb. Görüş Mahir Şükürovun sabiq klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cəmşid isə bu oyunda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Məhərrəmovun komandası son oyundakı məğlubiyyətə baxmayaraq, mövsümü 39 xalla 14-cü pillədə başa vurub.