Neftçidən növbəti Stadium Tour
"Neftçi" PFK "Stadium Tour" layihəsi çərçivəsində dördüncü tədbirini keçirib. Azerisport.az xəbər verir ki, bu dəfə layihənin qonaqları Təhsil İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin kollektivi olub.
Onlara ilk olaraq “Bakcell Arena” haqqında məlumat verilib. Daha sonra yeniyetmə futbolçulara stadionun media zalı, paltardəyişmə otaqları, meydançanın ot örtüyü, “Mix Zone” göstərilib. Mərkəzi “Skybox”larla yanaşı, stadionun “VIP lounge” bölməsində olan iştirakçılara “Neftçi”nin “fans-stand” guşəsində forma və şərflər hədiyyə olunub. Tədbirin sonunda qonaqlara stadionda çəkdirilmiş xatirə şəkilləri təqdim edilib.
Qeyd edək ki, “Neftçi” PFK “Stadium Tour” layihəsini davam etdirir. Layihənin növbəti turunun qonaqları [email protected] e-mail ünvanına müraciət etmiş azarkeşlər olacaq. Əgər siz də “Stadium Tour” layihəmizin iştirakçısına çevrilmək və yaddaqalan bir gün yaşamaq istəyirsinizsə, sadəcə, yuxarıda göstərdiyimiz e-mail ünvanına ad, soyad və mobil nömrənizi göndərin.