Neftçi 8 illik fasilədən sonra yenidən zirvədə
23 may 2015 16:30
Bu mövsüm Azərbaycan çempionatının və Klubların Futbol Akademiyalarının (KFA) qalibi olmuş “Neftçi” PFK-nın U-11 komandası daha bir kubok qazanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Vaqif Əliyevin yetirmələri 8 illik fasilədən sonra “Sabahın ulduzları” turnirinin ali mükafatına yiyələnib.
Bu komanda “İnter Arena”da keçirilmiş final matçında “İnter”i 2:1 hesabı ilə məğlub edib. “Neftçi”nin heyətində Elcan Əbilov və Novruz Əmirov fərqləniblər.